Məni Düşündürməz

Məni düşündürməz nə zər, nə zinət,
Etdim qəm çəkməyi özümə sənət.
Qismətim sənsizlik, payım sükunət,
Yanımda yoxluğun bil məni yandırır.

Dərdi tapmaq asan,sağalmaq çətin,
Bilməm getmək çətin,ya qalmaq çətin.
Dilindən bir kəlmə,ah söz almaq çətin,
Vəfasız yadla şuxluğun,bil məni yandırır.

Qoyma vüsalına namuraz məni,
Pünhanə həsrətə öyrət az məni.
Nə alov, nə atəş yandırmaz məni,
Sənin soyuqluğun,bil məni yandırır.

Punhane Eliyeva
www.kafiye.net