Müəllif:Aygün Rəhimli

Tənha məzar

Yoxdurmu gəlib gedənin?!
Dua edib su tökənin
Bumuydu taleyin sənin?
Ay çatlamış tənha məzar?!!

Mən də, burda bir qonağam,.
Çətin birdə düşə yolum.
Səni ot basmış görüncə,
Duaya açıldı qolum…

Bir anasan can vermisən,
Bəlkə neçə qız, oğula,
Onlar niyə can verənin
Qoyub məzarı dağıla?!!

Mən də sənə bənzəmişəm,
Sənin kimi tək, kimsəsiz!
Sən yer altda unuduldun,
Mən də, torpaq üstə səssiz!!

Məni də, bağışla məzar,
Bəlkə pozdum hüzurunu,
Hər tənha qəbir görəndə ,
Görürəm öz məzarımı…

Sən yer altda, mən yer üstə,
Necə olum qardaş sənə?
Az qalıbdır, bir az da döz,
Olacağam yoldaş sənə…

Rəhimlini də, ot basar,
Gücü də çatmaz yolmağa,
Dostlar siz Allah qoymayın
Məzarları catlamağa…
Məzarımı çatlamağa…

15.03.2015
Müəllif:Aygün Rəhimli
www.kafiye.net