Bulud Ağladı

Dərdimi bir sirr tək atdım dəryaya,
Dərdimə dözməyib dəniz çağladı.
Dərdimi söylədim mən asimana,
Gördüm fəryad çəkib bulud ağladı.

Qəlbimdə mən gizli yaşatdım səni,
Hər gecə hər səhər dinlərdim səni.
Indisə nədən tamamən itirdim səni,
Vallah gediş xəbərin bil,ürək dağladı.

Nədirki günahım sevgilim mənim?
Niyə bu qəm kədər oldu qismətim?
Ölənəcən sevəcəm budur niyyətim,
Bu gözlər bu qəlbi tək sənə bağladı.

Pünhanə yas tutub eh qarə bağladı,
Bu eşqim dərdimə ah çarə qılmadı.
Göylərə qəlbimin fəryadı-ahı ucaldı,
Ərşin zirvəsi sənsiz zar-zar ağladı,

Punhane Eliyeva
www.kafiye.net