Bir Gün

Məndən belə asan ayrılıb getmə
Bir gün sıxılarsan ehtiyatlı ol!
Necə göz dikilib qədəmlərinə
Gözlə yıxılarsan,ehtiyatlı ol!

Acı dogru xoşdur şirin yalandan,
Büdrəmə,yapışmaz kimsə qolundan.
Bir gün menə verdiyim soyuq salamdan,
Alışıb yanarsan ehtiyatlı ol!

Demirəm hər şirin mahnıya uyu,
Helə qarşıdadır ömür-gün yolu.
Gözlə,bir sehvini sen ömür boyu,
Yadigar saxlarsan ehtiyatlı ol!

Sızladar qəlbini mənim həsrətim,
Pünhanə hicranın oldu qismətim.
Qayıdıb gelersen,barış Sevdiyim
Barısmaz sınarsan ehtiyatlı ol!

Pünhane Eliyeva
www.kafiye.net