Şeirə Çevrilir

Tikanlı zəncirdi nədən dörd yanım?
Fikrim duyulmadan, uzaqdan baxır.
Deyə bilmədiyim sözüm, üsyanım,
İçimdən, şeirə çevrilib çıxır.

Mən məhbusam deyə,tutmuram yası,
Qandalı əlimə haqsızlıq taxır,
Görmək istədiyim sevgi dünyası,
İçimdən şeirə çevrilib çıxır.

Qəmdən başqa, mənim deyil heç nəyim.
Rəhimli, yaşların boşuna axır.
Gözlərimdə qalan arzum, istəyim,
İçimdən şeirə çevrilib çıxır.

MüəllifAygün Rəhimli
www.kafiye.net