Dəyər Yaşamağa qoca Dünyada

Hardasa, adını düşünən varsa,
Kimsə səni,”yaxşı“deyib anırsa,
Özündən sonra, bir izin qalırsa,
Dəyər yaşamağa, qoca dünyada.

Ürəyini yandırırsa, məhəbbət,
Ömrü görmürsənsə, heçdən ibarət.
Hər fəsildə gözəldirsə təbiət,
Dəyər yaşamağa, qoca dünyada.

Fərqi varsa, bəyaz ilə qaranın.
Müjdəsin haqq verər, haqqa yananın.
Başda tacındırsa qiblən, Qur`anın,
Dəyər yaşamağa, qoca dünyada.

Rəhimli, açırsa çiçəklər min-min,
Xeyir əməl üçün vurursa qəlbin,
Səni ölməzliyə çağırırsa din,
Dəyər yaşamağa qoca dünyada

Aygun Rahimli
www.kafiye.net