Var

 

Axan su, günah yumaz,
Duam çox, zamanım az.
Məhşərəcən qurumaz,
Bir cüt ağlar gözüm var.

Nə bacı var, nə qardaş,
Nə dost var, nə də, sirdaş.
Başımda el boyda daş,
Danılmayan düzüm var.

Hər dərdi necə deyim?
Qəlbim var, gizlədiyim.
On dörd il gözlədiyim,
Tanrı payı qızım var.

Bilirəm, həsrət nədir,
Qarabağ qəlbim didir.
On, on beş dərd incidir?
Ondan mənim yüzüm var.

Gələydi Sahib-Zaman. (ə)
Çəkiləydi çən, duman.
Hər misradan, qan daman,
Söhbətim var, sözüm var.

Təkcə əməldir qalan,
Sanma axirət yalan.
Sonda Rəhimli olan,
Şeirlərdə izim var.

Müəllif: AYGÜN RƏHİMLİ
www.kafiye.net