Saf Bir Məhəbbətdir

Saf bir məhəbbətdir mənim diləyim,
Sən məni sevməsə vurmaz ürəyim.
Sənsə sevgisizsən sevmirsən məni,
Məni sevməyinçün söylə neyləyim?

Heyatım sənindi söylədim sənə,
Səndən istədiyim saf sevgi oldu,
Arzumu-diləyimi vermədin mənə,
Məni sevməyinçün söylə neyləyim?

Mən səni özümə sirdaş bilmişəm,
Hər nə edirsən et,qəbul etmişəm,
Məni sevmədiyini çox gec bilmişəm,
Məni sevməyinçün söylə neyləyim?

Pünhanə de hamı eşitsin bunu,
Sevməsən qırılar sevginin qolu,
Yaman əzablıdır bu sevginin yolu,
Məni sevməyinçün söylə neyləyim?

Punhane Eliyeva
www.kafiye.net