Səni Tapardı

 

Yenə uşaq olub qapı pusaydım,
Niyyət edib, ağacdan şal asaydım.
Məni sevdiyinə inanmasaydım,
Bəlkə də, ümidim yolun sapardı.

Ağacım kəsildi, budağında bar.
Kötüyü üstündə oynandı qumar.
Dumana çevrildi bütün arzular,
Onu sənsizliyin yeli apardı.

Fələk ikimizlə oynadı oyun,
Yorğana gah xara gəzdim, gah da yun,
Ürək su olsaydı, görüşümüz un,
Səni sevgi təndirinə yapardı.

Elə yandım, yel dağıtdı külümü,
Bilmədim qəddim düzmü, bükülümü?!
Qırx qapı ardında bitən gülümü,
Dibinə tökdüyüm suyu qopardı.

Nə qışda gül gözlə, nə də, yayda qar,
Sevgimlə, ömrümün köynəyi çox dar!
Älində olsaydı küllü ixtiyar,
Yene də, Rəhimli səni tapardi.

Müəllif: Aygun Rehimli
www.kafiye.net