Tabutumu El Götürür.

 

Tanrıdasn güc dilərəm, vüsalacan qəlb dayana,
Hər anım səninlədir, vallahi getsəm hayana.
Yazığım gəlir, inan sevgimizi yox sayana,
Çün bulud da, düşünür guya gün nurun itirir.

Bildinmi səndən ayrı, nələr çəkdi yarın nələr?!
İlləri verdi bada, indi başa toz, kül ələr.
Bir kərə büdrədimi,inam gedər, şünhə gələr,
Yalan da, arxasınca inanki, yalan gətirir.

Ürəyim, sevincini böl kədərä, bax qalığa,
Göz yaşından artığı qalsa tulla ortalığa.
Demə ki, neyləmişəm,getmə belə xırdalığa,
Nöqtə də çox kiçikdi, fəqət cümlələr bitirir.

Rəhimli, mizan varmı qəmlərimi çəkəm, böləm?
Dərdlərim dağ olsa da, özüm bir qurumuş çöləm.
Qorxuram çatmayasan, son nəfəsdə tənha öləm,
Gələndə görərsən ki, tabutumu el götürür.

Müəllif: Aygun Rehimli
www.kafiye.net