Sözün Yaraşığı

 

Səbr dərmandı hər dərdə,
Bəzən görmür gözlülər də.
Məncə, nurdu desələr də,
“Qaşdı gözün yaraşığı”…

Sevilərsən, sözün balsa,
Xoş halına- izin qalsa.
Qarın doydurmur tək olsa,
Aşdı duzun yaraşığı…

Dünyadı- boşalar,dolar,
Arif gücün qəmdən alar.
Ürək sevsə, cavan qalar,
Yaşdı yüzün yaraşığı…

Gərək doğru danışa dil,
Yoxsa sözün olar səfil.
Rəhimli, çox öyrən, çox bil,
Başdı sözün yaraşığı.

Müəllif: Aygun Rehimli
www.kafiye.net