Öldüm Ezizim

Süzgün baxışdan öldüm əzizim,
Hər baxışın mənə bir işgəncədir.
Baxışların olubdu sevda dənizim,
Seven baxışların qəlb sevincimdir.

Gözümə zillənib baxanda gözün,
Sanki heyat menim olurdu gülüm.
İndi çəkildi gözümdən o qara gözlər,
De mene əzizim mən necə gülüm.

Bəzən baxışların sevincim oldu,
Kədəri qoymadı bir dəyqə yaxın.
O baxış bəzəndə,bir him-cim oldu,
Bəzən ürək deyirdi bir az çox baxın.

Yalan demə ki, baxmıram sənə,
Baxdığın baxışın yalan söyləmir.
Gəl sevrem söylə bir dəfə mənə,
Ürəyim dözməz yox kəlməsinə.

İlk dəfə gözlərin baxanda mənə,
Bir anlıq qırıldı qolum-qanadım.
Elə hey gizlcə sən baxırdın mənə,
Sevgi nə deməkmiş onda anladım.

Qələmin bəs dedi,daha gedirəm indi,
Pünhanə əbədi tək-tək onun yanına,
Düşünürəm baxacaq qəlbim sevindi,
Gözlərim hey baxır indi gələn yoluna………..

Punhane Eliyeva
www.kafiye.net