Azərbaycanda

Azərbaycanda
Şəfəqi ,şöləsi İdrak,İnamlı
Bir Ocaq qalanır Azərbaycanda
Nuru Günəş kimi aləmə saçan
Bir İnam yaranır Azərbaycanda
Adamlar selində İnsan axtaran
İnsana tapınıb İnam yaradan
Bəşərin səhvini ona anlatan
Carçılar aranır Azərbaycanda
Dünyaya tac idi elmi,bilimi
Urmudan Zərdüştdən İnsan təlimi
Dədəm Qorquddandır Haqqın kəlamı
Dastanlar dolanır Azərbaycanda
Babək tək azadlıq fədaisi var
Aşiqlik qüdrətli Füzulisi var
Nəimi,Nəsimi ,hürufisi var
Divanlar bağlanır Azərbaycanda
Döşəmə Koroğlu ərlik ərdəmi
Dübeyti,şəşəngi,cəngi,dilqəmi
Ruhani ,saritel,yanıq Kərəmi
Könüllər oxşayır Azərbaycanda
Çahargah ,Zabulu,orta Mahuru
Rast ilə Segahı,Şahnazı ,Şuru
O zili mənsuru Həllacın nuru
Necə var saxlanır Azərbaycanda
Sulduz ,Mərənd,Təbriz,Maku ,Həmədan
Urmu,Araz,Arpa,Murğuz,Savalan
Zəngəzur,Borçalı,Göyçə ,İrəvan
Qarabağ dərdi var Azərbaycanda
Bakı ,Qazax,Gəncə ,Yevlax,Lənkəran
Tərtər,Bərdə,Quba,Şəki ,Balakən
Göyçay,Mingəçevir,Ağsu,Naxçıvan
Azadlıq çağlayır Azərbaycanda
Amal sırmasında dürrdanəyik biz
Azadlıq eşqinə pərvanəyik biz
Ölümü oldürən divanəyik biz
Türk ruhu ucalır Azərbaycanda
Dünya qaranlıqda ,işığa həsrət
Yarada bilmədi insana heyrət
Nur edər cahanı İnsanlıq əlbət
Insanlıq nurlanır Azərbaycanda]

ŞÜKÜR MEMMEDOV (ELLİ ATAYURD)
www.kafiye.net