Tay ola bilməz


Tay ola bilməz
Ey könül axtarma səhrada dağlar
Səhralar dağlara tay ola bilməz
Bağlar bar bəhərli ,nübar,novraqlı
Kol-koslar bağlara tay ola bilməz

Çəmənin gülzarı süsən ,sünbülü
Könüllər oxşayar al-qızılgülü
Kol dibində qanqal xar eylər gülü
Qanqal bənövşəyə tay ola bilməz

Qartalın baxışı ürək yandırar
Durnanın qıyy səsi həsrət andırar
Bülbülün nəğməsi gülü yandırar
Sərçələr bülbülə tay ola bilməz

Başı qarlı dağa təpə deyilməz
Bənzəzə tikana çiçək sevilməz
Palıd söyüd deyil əysən əyilməz
Yulğunlar palıda tay ola bilməz

Ormanda talaya bəzəkdi ceyran
Çaqqallar axtarar xaraba ,viran
Boz Qurddan olarmı yala yalmanan
Çaqqallar Qurdlara tay ola bilməz

ŞÜKÜR MEMMEDOV (ELLİ ATAYURD)
www.kafiye.net