Atatürkün Zəfəri

Qürurum Azəribaycan,Türkiyəm şan şöhrətim
Göylüyüm Qorqudluğum,Sultan Mehmet cəsarətim
Nəimi İnsanlığım ,Mövlanə Rumi hacətim
Babəkin eşqidir İnsanlığın nişanələri
Türkiyə dövlətidir,Atatürkün tam zəfəri

Füzuli Veysəl ilə cövlan etdi Dərd ormanı
Mütləqə qanad açan Qüssə Kədərin Yolları
Şəms ilə Əmrədir ol Sevinc Fərəhin qolları
İdrakın ərməğanı qədimliyin töhfələri
Türkiyə dövlətidir,Atatürkün tam zəfəri

Tələt ,Ənvər paşalar qəlbi Turan sevdalısı
Qara Bəkir paşa da bu birliyin gur sədası
“Şəhid ol ya da qazi”—Mustafa Kamal Yasası
Savaşı Çanaqqala qəhrəmanlığın hünəri
Türkiyə dövlətidir,Atatürkün tam zəfəri

Bakının zor durumu Türkiyəyə ələm olub
Sevinci Kədərinə qardaş kimi bahəm olub
Göyçayım Sarıqamış,Dumlupınar Gəncəm olub
Heyrətim Göylərəcən,unutmayız o günləri
Türkiyə dövlətidir,Atatürkün tam zəfəri

Sokrat Ərəstun olub Midiyamdan yararlanan
Pifaqor fəlsəfəsin mənbəyi də Urmiyadan
Həqıqətin kitabın ,..bil İsgəndərdir yandıran
Sızlayır Fateh ,Atilla Babəkin sümükləri(kəmikləri)
Türkiyə dövlətidir,Atatürkün tam zəfəri

Göydəki ulduzu daşlayan, səsin səs də qalar
Yeriyər haqq karvanı hayta haray bəhsdə qalar
Elli der: Yorma özün nahaq yeriməzdə qalar
Açılarmı Atasız Türkiyənin bir səhəri
Türkiyə dövlətidir,Atatürkün tam zəfəri

Elli Atayurd
www.kafiye.net