şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Gözlərinin üfüqündə
Günəş kimi doğuluram.
Bulud kimi dolma belə,
Yağışında boğuluram.
Sözümün içində gizlənib sözüm,
Təhlükəli suda üzən gəmiyəm.
Özümün içimdə dustağam özüm,
Qınında gözləyən qılınc kimiyəm.
Damla-damla süzüləndə gözündən,
Soruş məni ürəyinin özündən,
Eşqim ağlar qürurun o üzündə,
Qəmlə dolan könlündən soruş məni,
Susqun qalan dilindən soruş məni.
Qədimdən qədimdir, dərindən dərin
Xalqımın köksünə qazılan yazı.
Bəlkə təqdiridir ulu göylərin
Yurdumun alnına yazılan yazı..
Yağışın torpaqla bu görüşündən
Ətrafa yayılır vusal qoxusu.
Torpaq cana gəlir, özünə gəlir
Çıxır canındakı hicran qorxusu.
Ey Əliyyi Murtəza Heydəri-Kərrar oğlu!
Sən ki pak itrəti-əthara havadar oldun.
Yıxmağa zülm evini sidq ilə and içmişdin,
Bayrağı candan əziz bilən ələmdar oldun.
Səhərdən yağırsan,ay leysan yağış,
Bir az da bu yanan ürəyimə yağ.
Zəhərli oxlardan olub qan,yağış!
Bir az da bu yanan ürəyimə yağ
Mənə gələn yollarında
Körpüləri yandırmışam.
Üzdüyün dərin sularda
Dəryanı da dondurmuşam.
Kədərimə bələnmişəm
Müsibəti qana-qana.
Torpağıma sərilmişəm
Öz içimdə yana-yana
Həsrətinlə yana-yana ölən mən,
Yanıb-yanıb,odu sönmüş küləm mən.
Elə öyrətdin ki sənsizliyinə
Çətin bir də görüşünə gələm mən.