“Bir qövm özünü dəyişmədikcə Allah,CC da onun taleyini dəyişməz” 

YURDUMUN ALNINDA BU QARA YAZI

Qədimdən qədimdir, dərindən dərin
Xalqımın köksünə qazılan yazı.
Bəlkə təqdiridir ulu göylərin
Yurdumun alnına yazılan yazı..

Qonağa yedİrİb gözünün yağın,
Öz balası bilib qonşu uşağın.
Pay verib özgəyə yağın-qaymağın,
Qədirsiz olubdur çörəyi-duzu,
Yurdumun alnında bu qara yazı.

Dərdlərə yanandı, dərdin qanan yox.
Hamıya o yanar, ona yanan yox,
Kölgəsində yeyib daldalanan çox,
Düşmən ocağını qızdırır qazı,
Yurdumun alnında bu qara yazı.

Quzu olsan ,balan qurd olan deyil,
Sellər-sular yusa ,iz qalan deyiL
Ruhun dirçəlməsə ,sağalan deyil
Xəstə ürəyimdə bu ağri-sızı,
Yurdumun alnında bu qara yazı.

Mayası düzlükdən yoğrulan xalqım!
Min yol əzilsə də, doğrulan xalqım!
Binədən soyu türk çağrılan xalqım!
Alovlan, qoy odun sındırsın buzu,
Silinsin alnından bu qara yazı!

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net