Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 9 Nis 2019 Kategori: Təvəkkül Goruslu

QALIB

Könülü ağladır qubarı sözün,
Çoxalıb, köhnəlib nübarı sözün,
Dilimi yandırır qabarı sözün,
Sənə deyiləsi çox sözüm qalıb!

Tarih 9 Nis 2019 Kategori: Təvəkkül Goruslu

BU DÜNYANIN

Daş olanı özündədi, gətirməz,
Faş olanı üzündədi, ötürməz,
Xoş olanı sözündədi, götürməz,
Bu dünyanın imanı kaş, yönü kaş!

Tarih 7 Mar 2019 Kategori: Təvəkkül Goruslu

SƏNDƏN AYRILALI..

Səndən ayrılalı günüm batıbdı,
Sənli dəqiqələr günə dönəydi!
Önümdə talenin yolu yatıbdı,
Uzanan bu yollar sənə dönəydi!

Tarih 24 Şub 2019 Kategori: Təvəkkül Goruslu

NƏ VAXTDI

Nə vaxtdı ruhumu odlayır atəş, 
İçimdə alışıb Xocalı yanır! 
Könülü cızhacız yalayır atəş, 
Alovu göylərə ucalıb yanır!

Tarih 19 Şub 2019 Kategori: Təvəkkül Goruslu

ÇİÇƏYİM

Sinəmdə gül açan, bitən çiçəyim,
Səni incitməsin nə şübhə, güman.
Şəbingül ətirli gülüm, göyçəyim,
Köksümdə ləçəyin solmaz heç zaman!

Tarih 19 Şub 2019 Kategori: Təvəkkül Goruslu

ÜRƏYİM

Bir ovuc köz olub misraya düşən,
Sözlərlə qorlanan, yanan ürəyim!
Şaxtayla, ayazla alovsuz bişən,
Misrada üşüyən, donan ürəyim!

Tarih 25 Ara 2018 Kategori: Təvəkkül Goruslu

XAMDI KI

Qəlbimin tavanı nə vaxtdı açıq,
Damdıqca könlümə nisgil damdı ki!
Yurdum ayaq altda, vətən yarımçıq,
Nəyim bütövdü ki, nəyim tamdı ki!

Tarih 25 Ara 2018 Kategori: Təvəkkül Goruslu

SEVDA DUMANI

Sənin dərdlərini sağaltmaz həkim,
İzn ver, əzizim nazını çəkim! 
Gül üzün, nəzərdən, gözdən qoruyan 
Könlündə eşq adlı bir saray tikim.

Tarih 25 Ara 2018 Kategori: Təvəkkül Goruslu

ŞUŞADA UCALDAQ BİR ZƏFƏR TAĞI

O qədər bəhs etdik dağdan, zirvədən,
Kiçicik daşlara zirvə söylədik!
O qədər bəhs etdik sünnət, kirvədən,
Alçaq erməniyə kirvə söylədik!

Tarih 17 Tem 2018 Kategori: Təvəkkül Goruslu

TORPAĞIM

Səndən danışırlar, səndən deyirlər,
İllərdi işğalda qalan torpağım!
Qanını içirlər, canın yeyirlər,
Şəhidlik toxumu salan torpağım!