şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Dünyada yükümü aldım sırtıma
Ben yoruldum dedim aldırmadınız
Gönül bahçesinden gonca gülümü
Alıp koklayayım dedim aldırmadınız
Elşən gedəndən sonra Süsən ehmallıca divandan qalxdı . Əlüzyuyana yaxınlaşdı.Üzünə sərin su vurdu . Başını qaldırıb güzgüyə baxanda heyrətləndi . Sifətində Elşənin barmaq izləri hələ də qalmış , zərbədən sol gözünə qan sızmışdı .
Yıxılmamaq üçün qapının cəftəsindən yapışdı . Çaşqın halda Elşənə baxdı . Dumanlı da olsa , gözlərindəki ifadəni görmək istədi.
Elşən ona vurduğu şillədən elə bil özü ayıldı.Qolundan tutub onu divana əyləşdirdi .
-Bağışla , Süsən , təsadüfən oldu , – dedi . Əsəblərim çox korlanıb.
Vaxt ötür, hava qaralırdı.Elşən isə gəlmək bilmirdi.Süsənin gözləri pəncərədən həyətin darvazasına dikilmişdi.Tez- tez divardakı saata baxır, əqrəblər dövr etdikcə narahatçılığı artırdı.Bu evə gəlin gələn gündən Elşənin işdən sonra bu qədər yubandığını görməmişdi.Get-gedə həyəcanı daha da artırdı ” Görəsən nə olub? Elşən belə iş tutan deyildi . Bəlkə başında bir iş var? Hara gedim , kimdən soruşum? “
Axşam əl-ayaq çəkiləndən sonra özləri üçün də yaxşı şirni stolu açıb samovar çayı dəmlədilər.Birlikdə çay içə-içə nişan təəssüratlarını bölüşdülər.Elşən süfrədəki növbənöv şirniyyata baxıb bacısına söz atdı:
-Bəh-bəh,sənin bu şirnini bir ay gecə-gündüz yesək, qurtarmaz.
Sonanın xatirəsində hər şey canlanır..Elşəni ilk tanıdığı gündən bu günə qədər nələr olubsa sürətlə beynindən keçməyə başlayır.Elşənin bu addımı onu düşündürür.Axı o ailəsinin dağılmasını ,hər şeyin bu vəziyyətə gəlib çatmasını istəmirdi.Axı o xoşbəxt ailə olmaq üçün çox şeyə dözmüşdü.Axı o Elşənə vaxtilə ona inanması üçün çox yalvarmışdı..
Aydın hər səhər evdən həmişəkindən tez çıxır , məhəllənin aşığı tərəfində dayanırdı. Rəna yanından keçib gedəndə asta – asta onun ardınca məktəbə tərəf addımlayırdı.
Həmişə dərsdə oğrun – oğrun bir – birinə baxıb gülümsəyən bu yeniyetmələr indi sanki öz baxışlarından da çəkinirdilər.
Rəna duruxdu. Addımlarını yavaşıtsa da , arxaya dönməkdən ehtiyatlanırmış kimi başını azacıq yana çevirdi .Gümanında yanılmamışdı ; Aydın idi.
-Rəna…Bu , sənsənmi Rəna?
-Mənəm Aydın.
Rəna xanım otaqları bir – bir gəzib nəzarətdən keçirdikdən sonra kabinetinə qayıtdı. Stolun üstündəki qovluğu açdı , vərəqləri səliqə ilə çıxarıb gözdən keçirməyə başladı .Bayram şənliyi üçün hazırlanmış tədbirlər planını diqqətlə oxuyur, bəzi əlavələr edirdi.
Adilə xanım dəstəyi qaldırdı.Gülnarın səsini eitcək şad xəbəri deməyə tələsdi :
– Gözünüz aydin ,cavabları laboratoriyadan elə indicə götürmüşəm.Hər şey gözlədiyimizdən də yaxşıdır , Süsən tam sağlamdır ! Heç bir müalicəyə ehtiyac yoxdur !