AĞLAMA ŞUŞA QALASI

Ey tarixlə dolu şəhər,
Açılacaq nurlu səhər.
Dözümlüsən, döz birtəhər.
Düşmən görər, tutma yaşı,
Ağlama, Şuşa qalası.

Düşmən sənə qurur kələk,
Ayıq olmalısan gərək.
Ermənidən olmaz mələk,
Şeytandır şeytan balası,
Ağlama Şuşa qalası.

Ürəyinə bir düzənbaz,
Dağlar çəkdi çalın-çarpaz.
İgid ölsə də ağlamaz,
Axtarar dərdin çarası,
Ağlama, Şuşa qalası.

Bir az səbr et və rahatla,
Alacağıq səni haqqla.
Məgər hər gün ağlamaqla,
Gedərmi üzün qarası?
Ağlama, Şuşa qalası.

Biz əyək, əymə başını,
Qurcala bir yaddaşını.
Kimlər çəkmədi daşını?
Sağalmayıb qəlb yarası,
Ağlama Şuşa qalası.

Bax deyirəm dönə-dönə,
Çıxacaqsan azad günə.
Bizim olacaqsan yenə,
Səndə bu yurdun parası,
Ağlama, Şuşa qalası.
Ağlama Şuşa qalası.

Müəllif. Metanet Duyğulu.
08.05.2019
www.kfiye.net