şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Bu gecə.
Qəm yemə,qəm çəkmə divanə könlüm,
Yetirrəm bil səni yarə bu gecə!
Baş alıb getmə gəl eldən,obadan,
Gəl etmə bağrımı parə bu gecə!
*
Yar əgər əhdinə dönük çıxarsa,
Nadanlıq eyləyib ürək yıxarsa,
Səndən qeyri özgəsinə baxarsa,
Son qoyaram əhd-ilqara bu gecə!
*
Çəkmə hicran qəmin,bir az döz dayan,
Xabi-qəflətdəsən,yatmısan oyan,
Əhdinə sadiq ol,sözündə dayan,
Vermə öz ovunu sarə bu gecə!
*
Ol gülü rənadan dönmə belə tez,
Kim deyir eşqindən dönük olub bez,
Özün yet sonuna hər bir sözü çöž,
Gətirmə bülbülü zarə bu gecə!
*
Yarın xəyalıyla çəkib acını,
Bil uca tutmuşam eşqin tacını,
Solmazam,taparam dərd əlacıňı,
Edərəm dərdinə çarə bu gecə!
Solmaz Şirvanlı
07-05-2018
www.kafiye.net
Yorum Yapın