QALIB

Könülü ağladır qubarı sözün,
Çoxalıb, köhnəlib nübarı sözün,
Dilimi yandırır qabarı sözün,
Sənə deyiləsi çox sözüm qalıb!

Sözləri bağrına bassa da dilim,
Özünü dişindən assa da dilim,
Dodaqlar dalında sussa da dilim,
Sənə deyiləsi çox sözüm qalıb!

Dözümü , səb(i)ri sındıra bilsən,
Dolandıra bilsən, qandıra bilsən,
Sönmüş eşq ocağın yandıra bilsən,
Sənə deyiləsi çox sözüm qalıb!

Təvəkkül Goruslu.05.04.2019.
www.kafiye.net