Gəl oynama

Gəl oynama ürəyimin simiylə,
Burulğanda qərq olan bir gəmiylə,
Mən əzəldən sirdaş oldum qəm ilə,
Sevinc mənlə barışdı nə ,küsdü nə?

Dinləmədim ürəyimin səsini,
Sınaq etdim iradəni , dözümü
Mən yemişəm taleyin şilləsini,
Göz yaşlarım çağladı nə , kəsdi nə?

Aldadammaz nakəs məni söz ilə,
Mən görürəm ürəyimin gözüylə.
Yol gedirəm Tanrının öz iziylə,
Hər addımda Şeytan durub qəsdimə.

Nə qədər ki bu dünyada mən varam,
Nə qədər ki odlanıram, yanıram,
Qızınırsan alovuma,istimə,
Söndürərsən , kor olarsan tüstümə!

18.01.2019
Tamara Rüstamova Tənha Bulud
www.kafiye.net