İTİRMƏ..

Heç inanma yalan,yalnış sözlərə,
Heç vaxt uyma aravuran üzlərə,
Dik gözünü səni sevən gözlərə,
Candan əziz o dildarı itirmə..
**
Öz eşqinə,öz sevdana tən ol sən,
Ocaq kimi alış,tutuş,yan,ol sən,
Hara getsən sevdiyinə yön ol sən,
Çalış yarda ehtibarı itirmə..
**
İnsan olan gözü,könlü tox olar,
Təmiz qəlbdə məhəbbət də çox olar,
Riya qatsan qəlbdən sevgi yox olar,
Dürüst dolan,düz ilqarı itirmə..
**
Ömür gözəl,həyat gözəl,gün gözəl,
Gəlib keçən bu gün,sabah,dün gözəl,
Bir halda ki,yarın gözəl,sən gözəl,
Nazlı səy et,sən də yarı itirmə..

Nazlı Hacılı
www.kafiye.net