Can yoldaşım/Yaşıl dünyam/

Gözlərinin üfüqündə
Günəş kimi doğuluram.
Bulud kimi dolma belə,
Yağışında boğuluram.

Bu dünyanın yaşıllığı
Gözlərinə hopub sanki.
Gözlərinin aynasında
Ruhum dinclik tapıb sanki.

Kim qoruyar sənin kimi,
Kim canından keçər belə?
Zəhər versəm, göz qırpmadan 
Əllərimdən içər belə?

Varlığına şükr edirəm,
Həyatımın can yoldaşı.
O yamyaşıl gözlərində
Bax beləcə məni daşı.

Çək çıxart Tənha Buludu
Yalnızlığın caynağından.
Can ver bu yorğun ruhuma
Saf hisslərin qaynağından.

Tamara Rustemova Tənha Bulud
www.kafiye.net