Soruş məni

Damla-damla süzüləndə gözündən,
Soruş məni ürəyinin özündən,
Eşqim ağlar qürurun o üzündə,
Qəmlə dolan könlündən soruş məni,
Susqun qalan dilindən soruş məni.

Qələm yazan bu yazıya nə deyim,
Yaradanın təqdiridir taleyim,
Nə faydası dilimdəki gileyin,
Yağışımdan,selimdən soruş məni,
Xəzan vurmuş gülümdən soruş məni.

İçindəki sükut səni paralar,
Sıxılarsan,nəfəsin də daralar,
Ümidlərin budaq-budaq qırılar,
Bomboş qalan əlindən soruş məni,
Mənsiz keçən ilindən soruş məni.

Tənha Bulud,mələklərlə yarışar,
Şimşəklərin dilləriylə danışar,
Öz ruhuyla Tanrısına qovuşar,
Yanıb sönmüş külümdən soruş məni,
Vaxtsız gələn ölümdən soruş məni.

Tamara Rüstamova Tenha Bulud
www.kafiye.net