YAĞIŞ YUDU İZİNİ..

Əhdinə xilaf çıxdın ,azdın doğru yolunu,
Əğyar yaman bağlayıb sənin tam əl-qolunu,
Dediklərim pozmasın əsla senin halını,
Ayrılığı sən saldın,göstərdin iç üzünü,
Bu günkü yağan yağış yudu sənin izini..
**
Sadiqlik ərə məxsus,hər adam sadiq olmaz,
Quyuya su tökməklə o quyuda su qalmaz,
Pak sevgi müqəddəsdir ömür boyu o solmaz,
İndi qalıb əlacsız döysən də sən dizini,
Bu günkü yağan yağış yudu sənin izini..
**
Sevgi oyuncaq deyil çəkəsən hər tərəfə,
Yalan,riya sonunda ləkə salır şərəfə,
Doğrultmadı özünü söz versən də hər dəfə,
İndi də əməllərin yaşlı qoyub gözünü,
Bu günkü yağan yağış yudu sənin izini..
**
Başına tac etdiyin oyun açdı başına,
Baxmayaraq bir zaman gəlmişdi çox xoşuna,
Bunca zəhmət çəksən də yoluna boş-boşuna,
Sonda çəkildi getdi,sayan yoxdur sözünü,
Bu günkü yağan yağış yudu sənin izini..
**
Əğyarla əlbir olub durdun mənim qəsdimə
Bütün dərdləri yığıb atdın mənim üstümə
,Bircə dəfə baxmadın başdan çıxan tüstümə,
Bütün günah sənindir,haqlı sayma özünü,
Bu günkü yağan yağış yudu sənin izini..

Nazlı Hacılı.
www.kafiye.net