Bu yollar məni!

Alıb qanadına aparır yenə,
Acılı,şirinli xəyallar məni,
Qəlbimdə tufanlar qoparır yenə,
Giriftar eyləyir bu hallar məni!
*
Ruha divan tutur gəlir qocalıq,
Bunun harasıdır deyin ucalıq,
Qara tellərimə gətirir çallıq,
Yamanca sındırır bu çallar məni!

Qulac hörüklərim tökülüb gedir,
Ömrümün sarayı sökülüb gedir,
Qəddi-qamətim də bükülüb gedir,
Aparır məzara bu yollar məni!
*
Qəlbimin sevgisi,gözümün nuru,
Azaldı könlümün alovu-qoru,
Gedəcəyim yollar gözümə durur,
İsitmir çiynimdə bu şallar məni!
*
O zərif qamətim, hanı boy-buxun,
Dəngəsər olubdur,qaçıbdır yuxum,
Kimə lazımdır ki,de vəsli ruxum,
Daha bəzəməyir bu xallar məni!
*
Solmazı,anlayıb-duyana əhsən,
Sevgisin pay edib,qıyana əhsən,
Əbədi dost deyən,sayana əhsən,
Duymadı nadanlar,bu kallar məni!

16-10-2018
Solmaz Şirvanlı
www.kafiye.net