OLACAQDIR 

Qəlbi saf insanda düz ilqar olacaqdır
Əyriyə gen dünya belə dar olacaqdır.

Dünya malına ,meyl eyləmə ey bəni-adəm,
Bil ki, əməlin axirətə yar olacaqdır.

Verdiklərin sağ əllə əgər,sol bunu bilsə,
Hər iki dünyada bil idbar olacaqdır.

Hər söz başına soxma gözə qiblə namazın,
O,Tanrı dərgahında sənə ar olacaqdır.

Fanidir dünya ,yalana eyləmə vərdiş,
Yoxsa o,dilin doğrulara xar olacaqdır.

Hansı yuvada olsa əgər sevgi mələyi,
Bil, ruzi verən onla birgə var olacaqdır.

Hər kəlmədə öz sevdiyinin könlünü oxşa,
Ki, oxşamasan bir zaman əğyar olacaqdır.

Pisliklərə göz yum ki,hər an yaxşılıq eylə,
Yoxsa ürəyin hər zaman buz,qar olacaqdır.

Yüz sevgi yatır Duyğulunun duyğularında,
Tanrıya əl açdıqca aşikar olacaqdır.

Müəllif.Metant Duyğulu.26.09.2018.
www.kafiye.net