Bir toy günü

Hekayə 
birinci hissə

Pəncərin öündə dayanıb həyəti seyr edirdi.Payızı sevməsə də digər fəsillər kimi bu fəslidə də yaşamağa məcbur idi . Keçmişndən onu əlinə düşən siqaretin közü ayırdı.
Həyat yoldaşı Nigardan ayrıldığı artıq beş ilə yaxın idi.Bu müddətdə heç bir qadınla yaxın münasibətdə olmamışdı.
Özünü buna hazır da hiss etmirdi. Dəfələrlə ona ailəsi tərəfindən evlənməsi üçün təzyiq olunsa da buna razı olmamışdı Anasının evlən ailəni qur övlad uşaq sahibi ol deməsinə baxmayaraq deyilən sözlərin qarşısında bir kəlmə ilə istəmirəm deyib etiraz etmişdi..Sanki ayrıldığı həyat yoldaşına xəyanət edəcəyindən qorxur və ya çəkinirdi özünə aydın olmayan bu hissin qarşısında aciz idi Olmaya Nigarı hələ də sevirdi?
.Küçədə hər gördüyü gözəl qadından qaçır onlara tərəf baxmamağa çalışırdı.Gördüyü qadınlarda Nigarın üz cizgilərini gəzirdi.Hər dəfə onu fikirləşəndə ürəyi çırpınırdı.Bu beş ildə onu bir dəfə də olsun görməmişdi.
Qadın elə bil qeyb olmuşdu.Bir küçədə yaşamaqlarına baxmayarq heç zaman qarşılaşmamaları ona çox təccüblü gəlirdi.Elə bil yer yarılmış Nigarı udmuşdu.
Nigar adlı bir qadın sanki bu yer üzündə yaşamırdı. Heç kimdən onu soruşmağa ürək etməsə də qəlbini didən bir sual 
Hardadır?
deyib onu məhv edirdi.
Gecə yuxularında qonaq olan Nigarı hər dəfə ağlayan görəndə elə bil dünyası məhv olurdu.
Uzaq rayonlardan birinə toya getməyə hazırlaşırdı.Könlü olmasa da getməli idi.Natiqlə hərbi xidmətdə bir yerdə olmuş hərbi xidməti başa vurub hərəsi öz doğma el obasına geri dönmüşdü. Elə get gəlləri olmasa da daim zəngləşir telefonla hal əhval tuturdular.
Natiq onu toyuna dəvət edəndə öncə narazılıq edib ,sən böyük adamsan bizi kimi kasıbları toyuna dəvət etmədin .Amma mən səni öz toyuma dəvət edirəm demişdi.Sərdar onun sözlərinə haqq vermş öz günahını boynuna almışdı.Toy gününü dəqiq öyrənib gələcəyini demişdi.
Bir gün əvvəl getməyi elə son anadaca qərara aldı.Toy bazar gününə düşdüyü üçün şənbə günü getməyi qərara aldı.
Axşamdan kostyumunu və köynəyini götürüb avtomobilinə qoydu.Yolda geyinmək üçün və avtomobili rahat idarə etmək üçün yüngül idman paltarını geyinəcəydi.
Axşam Natiqə zəng edib sabah gələcəyini deyəndə çox sevindi.Gəl gəl səni gör hara aparacam dedi.Sərdar onun nəyə eyham vurduğunu o an başa düşdü Natiq sözlərinə gülümsünüb hələ ona baxarıq dedi.Sağollaşıb telefonu söndürdü.Saata baxdı sabah tezdən yola düşməli idi.Onun üçün tez yatmalı idi ki tezdən oyana bilsin .Anasına doğru yaxınlaşıb dodaqlarını onun ağ saçlarına yapışdırıb öpdü.Gecən xeyrə qalsın ana mən yatıram deyib yataq otağna tərəf getdi.Oğlunun ardınca baxıb astadan bir ah çəkən qadın yuxun şirin olsun bala deyib nəmlənmiş gözünü sildi.
Səhər tezdən yuyunub əynini geydi .Yüngül səhər yeməyi yeyib yola düşdü.Anası ardınca su atıb ehtiyatlı ol bala dedi.Gülümsünüb anasına əl yellədi.Allah qoysa sabah axşama ya da birisi gün tezdən burdayam dedi.Yol boyu saralmış ağaclar budaqlardan qopub payızın zəif mehində havada oynayan yarpaqlar əhval ruhiyyəsini pozurdu.Heç zaman payız fəslini sevə bilmirdi.Toy büsat fəsli olmasına baxmayaraq pazyız olanda çox darıxır ürəyi narahat olurdu.Niyə belə hallar keçirdiyini özü də anlamış deyildi.
Toy evinə çatanda günortaya çox az qalmışdı.Ev sahibləri onu çox mehribanlıqla qarşıladı. Az keçməmiş məclis quruldu.Hamı bəyin əsgər yoldaşı ilə görüşüb xoş gədin deməyə yığışdı.Toy üçün güclü hazırlıq gedirdi.Aləm bir -birinə qarışmışdı.Qadınların uşaqların həyətdə m toy mağarı quran kişilərin səsindən ağız deyəni qulaq eşitmirdi.
Axşam el adətinə görə ciyər axşamı olmalı idi.Natiq Sərdarı ailə üzvləri ilə tanış etdikdən sonra yol gəlib yorulmuş Sərdarı istirahət etməsi üçün otaqlardan birinə apardı.Sən bir saat da olsa dincəl mən də indi gəlirəm deyib otaqdan çıxdı.

Ardı var

NahideTagiyeva Qurbanova
www.kafiye.net