SƏN HARDASAN

Söz vermişdin payız fəsli dönəcəm.
Küləklər əsəndə yağış yağanda.,
Göylər guruldayıb şimşək çaxanda.
Buludlar gözlərin sıxan zamanda

Payız gəlib hər yan xəzana dönüb.
Günəşin üzünü buludlar örtüb
Ağaclar qızılı paltar geyiblər
Payız gəlib sən hardasan deyirlər.?

Duman gəlir çiskin-çənlə sürünür,
Hər bir tərəf şehə nəmə bürünür.
Gözlərimdə dərin kədər görünür,
Payız gəlib sən hardasan deyirlər?

Lal oluram danışmıram dinmirəm.
Nə deməyə söz də tapa bilmirəm
Söz vermişdin payız gəlib görürəm.
Sən hardasan ay sözündən dönənim?

Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net