Her Gün

Hər gün yaşayırıq arzu diləklə,
Min bir əziyyətlə,min bir əməklə.
Çalışaq əzməyək bir birimizi,
Yaşayıb yaradaq böyük ürəklə.

Çalış gözəl düşünüb yaxşı yaşa,
Heç vaxt etdiklərini vurma başa.
Hər gözəllikləri bəxş eyləsə də,
Heç bir minnət eləməz göz də qaşa.

Kimsənin qəlb sarayın yıxma çalış,
Yıxmağa nə var ki,qurmağa alış.
Dünya çox fanidir yox etibarı,
Tanrının verdiyi hər şeylə barış.

Etmə cəht kimsə sənə yaxşı deyə,
Yaxşıya lazımmı yaxşı deməyə?
Pisi də yaxşını da Tanrı görür,
Haq yazır,baxmır o,nökər ya bəyə.

Sevmərəm boş- boş öyülüb öyəni,
Özündən razı mənəm,söyləyəni.
Mütəqdir ki,dünyada kamil insan,
Özü yox,söyləyər Allah deyəni.

Bu qəlbi Tanrı bilir biz bilirik,
Yaxşısın tanrı yazır,biz ki kimik?
Dünyaya onun rizasıyla gəlib,
Rizasıyla da dünyadan gedirik.

Müəllif.Metanet Duyğulu.
www.kafiye.net