DARIXMAQ
Hər 5 dəqiqədən bir telefona baxib mesaj gözləməkdir darıxmaq..Şəkillərinə saaatlarla baxıb əllərinlə hər noqtəsini gəzməkdir darixmaq..Gözyaşları içində keçən gözəl günlərinizi xatirlayib dəli kimi gülmək sonra bugunu xatirlayib hönkürtuylə aglamaqdir darixmaq..Bütün təqsirlərini unudub bagişlamaqdir darixmaq…
Özünü qinayib günahlandirib onu haqli çıxarmaqdır darıxmaq..Yalnız ona aid gözəl olanları xatırlayıb qalan hər şeyi unutmaqdır darıxmaq….Dəlicəsinə sevməkdir bəlkə də…Onunla yaşamaqdır darıxmaq…Heçkimi və heçnəyi görmədən və eşitmədən ,yalnız onun səsini duyub onu görərək yaşamaqdır darıxmaq…
Darıxmaq qəlbinin dərinliyindəki sevgini büsbütün aşkara çıxarmaqdır…Onun sənin üçün hər şeydən və hərkəsdən daha dəyərli olldugunu anlamaqdır…Onsuzlugun nə qədər çətin oldugunu anlamaqdır darıxmaq…Nəfəsini tutaraq nə qədər yaşaya bilərsən? nə qədər nəfəssiz qala bilərsən? və bu nəfəssiz müddətdə nələr çəkərsənsə bax odur darıxmaq….

 

Nigar Şəmsi  Nigari
www.kafiye.net