KEÇMİŞLƏ BU GÜNƏ SƏYAHƏT

İstədim keçmişlərə eyləyim səyahət mən bir az,
Odur ki,bu gün ilə keçmişləri tutdum da taraz.

Olardı öncələri,bulaq başı sürməli qızlar,
Başl papaqlı cavanlar,çəkərdi işvəli nazlar.

Necə müqəddəs idi çox,sevgi məhəbbət o zaman,
İndi o sevgi sözü don geyinib,dəyişdi aman.

Qadının gül camalın vəsf edərdi ənliyi girşan,
İndisə bu işi ifrata verib,tutdular asan.

Nə idi qız gəlinə öz yolunda həddini aşmaq,
Var idi milli geyim,kəlağayı,ağızda yaşmaq.

Eləki,yetdi əlimiz Avropa adlı bir aya,
O gündən qalmadı ismət nə abır nədə həya.

Əvvəl həyalı gəlinlərçün, ər atasıydı ata,
İndi isə söz yarışı tutur gəlinlə qaynata.

Elə ki,ölkəmizə mini geyim buyurdu təşrif,
Mənəm deyən kişilər,söz meydanın tutdular zəif.

Qaçaraq ayaqyalın Avropaya da tez çatdıq,
Hər millət,hər ölkədən hər geyimimizə rəng qatdıq.

Olduq yarı Rus,yarı Ərəb yarı biz də Amerkan,
Kələğayı,milli geyim keçib oldu köhnə zaman.

Qısaldıb paltarı gündə,verdilər ərlərə acıq,
Hələ şalvarı demirəm,dizi cırıq,yanı açıq.

Beşdə beş azdı ay bacım, görünmək lazım onda on,
Bununçün nə lazımdır?hər yeri eyləmək selkon.

Çox yığıb qəlblərinə,hər bir dərdi qalaqba qalaq,
Kişilər də dözməyib,şalvarları etdilər darbalaq.

Hələ onu demirəm,dəbdən də düşdü başda papaq,
Küçə və meydanda fiqan eylədilər yarım çılpaq.

Daha bəsdir ürəyim,bu zillətə də yum gözünü
Səbr elə də sahibinin sən özün susdur sözünü.

Sözlərin bitdiyi yer daha çox düşünüb,çox yazdın,
Yazdıqca hər misraların bəndi bərəsində azdın.

Bu ümüd tək sənədir,sən kömək ol Tanrı bizə,
Başımıza qoy ağıl,bizləri qaytar da bizə.

Bu şeirlə də qınayan çox olacaq Mətanəti,
Tanrım sən özün qınayan qəlblərə ver hidayəti.

Müəllif.Metanet Duyğulu.
05.08.2018
www.kafiye.net