MƏLƏK DEDİ, SON SÖZÜ

Bezimdən çıx azadsan
Bələk dedi, son sözü.
Bir də büründürəcəm
Fələk dedi, son sözü.

Yay canımı qovurub,
Kədər alnımdan vurub,
Sürüyərək sovurub
Külək dedi, son sözü.

Vaxtsız düşdü saça dən
Zaman oldu üyüdən.
Mən keçəndə gözündən
Ələk dedi, son sözü.

Can atdım kam almağa
Xoşbəxt günlü olmağa,
Yetişməmiş növrağa
Dilək dedi, son sözü.

Əlac, yardım et: – deyə
Yalvardım uca göyə.
Can payımı ver deyə
Mələk dedi, son sözü.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net