SEVGİDEN

Sevgidən yazan şair .
Necə yalan yazar ki,
Sevgisi talan şair,
Kim sənə inanar kim.?

 

İnanmırlar sevginə
İnanmırlar ay şair.
Yazdığın kəlmələri
Xəyal sanırlar şair.

 

Bir çoxu danışır ki,
Şairlər sevə bilməz
Sevə bilməyən Şair,
Sevgidən yaza bilməz.

 

Nizami Afətindən,
Vazeh Dilafətindən,
Nəsimi Fatimədən,
Necə yazıb görəsən?

 

Necə yazıb yaradıb,
Dahilər bəs dünyada?
Şair sevməsə görən
Nə yazar ağ kağıza.?

 

Hardan yazılıb Xəmsə
Necə beşlik yazılıb?
Yaradılan dastanlar,
Sevgilərdən danışıb.

 

Niyə şairlər sevməz?
Şairin qəlbi yoxmu?
Gördüyü gözəlliyi
Duymağa ruhu yoxmu?

 

Söyləyirlər nədənsə
Şairlər sevə bilməz.
Niyə axı demirlər?
Şairlər sevdiyini
Heç vaxt unuda bilməz!

 

Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net