APARMA

Sən gedirsən gözlərindən asılı,
O işıqlı gündüzümü aparma.
Əllərimin yaddaşına yazılı,
Əllərinin istisini aparma.
***
Yarpaqlamaz sənsiz sevgi puçurum,
İnsafdırmı,puçur iken puç olum,
Açar mənə qollarını uçurum,
Yollarımın ütüsünü aparma.
***
Küsməyinə inanmıram,dön,barış,
Aramızda yol qalmışdı bir qarış,
Ürəyimin alovuna gəl qarış,
Taleyimin tüstüsünü aparma….

Seadet Rzayeva Qerib
www.kafiye.net