EY TÜRK ƏSGƏRLƏRİ! SİZƏ AFƏRİN

 

Ulu xaqanların düşsən izinə,
Turan torpaqları gülər üzünə.
Tarix qəribsəyib, zəfər sozünə.
Yolunu gözləyir həsrətli Afrin.
Ey Türk əsgərləri! Sizə Afərin!

Davamçısı olun Hun, Atillanın.
Ucalsın göylərə şərəfin şanın.
Batıdan Doğuya tüm müsəlmanın
Arxa – dayağı tək görünsün yerin.
Ey Türk əsgərləri! Sizə Afərin!

 

Alp Arslan ruhu yardıma gəlsin.
Hegamon dövlətlər hökmünü bilsin.
Aranı qatanlar susub baş əysin
Türkmən ellərində olmasın nifrin.
Ey Türk əsgərləri! Sizə Afərin!

 

Məzlumun dayağı adətin imiş,
Peyğəmbər adına “nə gözəl” demiş.
Allah da hər zaman qədrini bilmiş.
Məkanı, cənnətdir hər şəhidlərin.
Ey Türk əsgərləri! Sizə Afərin!

Mübariz Hüseyn
www.kafiye.net