Virtual məhəbbət.

(zarafatyana)

Dərdlərini göndər gəlsin üstümə,
Mənim qəlbim dərdlər üçün “Bilgisay”,*
Od vur, yandır, — tamaşa et tüstümə,
Tikdir öz eşqinə külümdən saray.

Qəm-qüssə daşıyır qəlbimin “Set”i,
Bəzən qarışdırır, “ok” lə, “net”i,
Limitsizdir, pulsuzdur “internet”i,
Nə “Modem” gərəkdir, nə də ki, “Vay-Fay”.

Aşiqinə tərtib elə proqram,
Ruhumu çək cismimdən, qram-qram,
İstəmirəm əlaqəni “donduram”,
Ahu-zarın mənimçün ən gözəl pay.

Yaddaşımda sevginin hər etapı,
“Səhifə”lər güclə gətirir tabı,
Gileylidir “Facebook”u, “Youtub”u,
Hər “mesaj”da bir məşəqqət, bir haray.

Çingizin etmisən həyatın haram,
Çaşdırır dilləri “klaviatura”m,
“Sifariş et”, dostluğuna hazıram,
Ya “əngəllə”, yaddan çıxsın bu olay.

*Kompüter.

Çingiz Kürdəmirli
www.kafiye.net