AĞRI, DÜNYAYA ƏZİYYƏT VERMƏ

Qəlbimdən dünyaya sızan ağrılar,
Onsuz da dünyanln dərdi böyükdür.
Bəşər aləmində sonsuz varlığın
Əzabına dözmək çox ağır yükdür.

Minlərlə canlardan ərşə ucalıb,
Səmanı bürüyən dərd, ah deyilmi?
Xəlq olunanların, xaliq olana
Əziyyət verməyi günah deyilmi?

Gəlişi özgəni üzən, Ey ağrı!
İçimdə susaraq boğulmalısan.
Qayğımı çəkənlər bezməsin deyə.
Çet – gedə əriyib yox olmalısan.

Mübariz Hüseyn
www.kafiye.net