Mənim..

Baxmayıb borana-qara,
Gedirəm yıxıla-dura.
Şeytan ruhlu adamlara
Əzab verir nurum mənim.

AY danışan böyük-böyük!
Dili tikan ,üzü dönük.
Azuqən yox ,günahın yük
Çartlayacaq gorun sənin.

Fani dünyada yox gözüm,
Mən ölsəm də itməz izim.
Ruhum ölməz, yaşar sözüm,
Bitər intizarım mənim…

Tamara Rüstamova Tənha Bulud
www.kafiye.net