Ay ilk nübarım. Ad günün müarək olsun. Sən həyatın mənə bəxş etdiyi qiymətsiz bir incisən

Ay ilk nübarım

Mən səndən çox öncə gədim dünyaya
Amma mən səninlə böyüdüm qızım.
Tutub əllərindən mən ayaq acdım
Səninlə bərabər dil açdım qızım.

Sənin gəlişinlə qızım dünyanı
Bu gözəl cahanı mən sevə bildim
Dünyadan da uca ANA adını
Sənin gəlişinlə mən dada bildim

Gəlişin toy bayram gətirdi bizə
Soyuq evimizə bir nəşə qatdın
Bu gün ad günündür ay ilk nübarım
Nə tez sən böyüdün bu yaşa çatdın

Hər şey dünən olub elə bil hələ
Hələ bap-balaca körpə mələksən
Acanda ağlayıb səs-küy qoparan
Beşik də uyuyan körpə bəbəksən.

Yenə töküşdürüb evi-eşiyi
Qatırsan altını yenə üstünə
Yenə də uzadıb toppuş əlini
Atırsan günahı mənim üstümə.

Gör illər nə yaman tez ötüb keçib
Bizim xəbərimiz olmayıb belə
Sən mənim gözümdə körpə uşaqsan
Bu gün sən gəlmisən evimə hələ

30.04.2018
NahideTagiyeva Qurbanova
www.kafiye.net