CAN GEDİR

Sanmayın ki, ömür yolu uzundu
Göz qırpımı qurtarmamış an gedir.
Arzuların qanadına ilişib
Zaman uçur, illər qaçır, can gedir.

İmkansıza qiymət qoyulmasa da
Dünya kimi, üz çevirər masa da.
Məclislərdə ona yer olmasa da
Çiyinlərdə sanki, o bir xan gedir.

Açan solub, boşalacaq dolun da
Vurmaz olur, güc olsa da qolunda.
Nəyimiz var qoysaq da biz yolunda
Taleyimiz yenə küsüb yan gedir.

Zülmət tutan bəxtə görünməz, dedin
Ey Mübariz! Öz canından çox yedin.
Nurlu sabah bəxş edəcək, ümidin
Şəfəq üzə parlayanda dan gedir.

Mübariz Hüseyn
www.kafiye.net