MƏRDİMƏZAR

Düşmən olar güllü yaza,
Dava salar yuvamıza.
Mərdə məzar qaza-qaza
Ad qazandı mərdiməzar.

Sanma sənə bata bilməz,
Duz-çörəyi sata bilməz,
Ev yıxmasa, yata bilməz,
Çox yamandı mərdiməzar.

Qıfıllamaq, düyünləmək,
Dərd üstünə dərd ələmək.
Əlindədir neçə kələk,
Bir ilandı mərdiməzar.

Olar İblis ,girər cana,
Baxmaz gözünün yaşına,
Öz əlinlə öz başına
Ev yıxandı mərdiməzar.

Tamara Rustamova Tənha Bulud/ 2003
www.kafiye.net