Yığmışam yenə də

Yığmışam yenə də, bax nəyim varsa,
Hər biri özümə aid olanlar.
Burda qalasıdir yerdə nə qalsa,
Bitmiş bir sevgidən geri qalanlar.

Nə var ki, yerində gözə dəyəsi,
Qırıq çərçivələr, cırılmış rəsim.
Onlar da olmadı ələ gələsi,
Aparım onları, qalmasın izim…

Bir də xatirələr qalacaq burda,
Onun da bir çoxu doğuşdan şikəst.
Neynəyim, onları olmur aparmaq,
Yoxsa aparardim, qalmasın səndə.

Hə, bir də unutdum deməyi sənə,
Bir aç pəncərini, hava dəyişsin.
Nə vaxtdır bu evdə sevgi ətri var.
Onun da qoxusu çəkilib getsin…

Gedirəm, arxamca baxıb ağlama,
Bilirsən, ağlamaq xoşuma gəlmir.
Axamca tökdüyün göz yaşlarından,
Getdiyim yerdə də işim düzəlmir.

 

Nahidə Tagıyeva Qurbanova 01.04.2018
www.kafiye.net