Əl Açdım Allaha

Əl açdım Allaha,Ulu Xaliqə,
Canıma şəfalar dilərəm Ondan!
Dərd verib, dərmanın özü eyləsə,
Olaram bəxtəvər, gülərəm onda!
*
Hər möhnətə,hər əzaba dözmüşəm,
Kim deyir ki, sınağından bezmişəm,
Namərddən,nankordan uzaq gəzmişəm,
Ağlarsa, göz yaşın silərəm onda!
*
Rəhm qıl Solmaza, güldür üzünü,
Qoy yazsın vərəqdə ürək sözünü,
Sən ona səbir ver,həm də dözümü,
Səadət nədirsə bilərəm onda!

Solmaz Şirvanlı
05-03-2018
www.kafiye.net