Alça ağacı !

Qırılır budağın əl dəyən kimi,
Nə yaman kovrəksən alça ağacı,
Sən mənə oxsama dəyanətli ol,
Arzusan,diləksən alça ağacı,
*
Bar gətirib başın yerə salmısan,
Bu gorkəmlə ürəyimdə qalmısan,
Boy ataraq,bar-bəhərli olmusan,
Sevdiyim ürəksən alça ağacı!
*.
Dərdim mən barını qaldırdın başın,
Barını dərdikcə axdı göz yaşım,
Üzü dönük çıxıb dostum-sirdasim,
Sərin bir küləksən alça ağacı!
*
Qoyma məni soylənim öz -özümə,
Sən dozməzsən alovuma-közümə,
Bir səbir et, bax məndəki dözümə,
Sanki bir ipəksən alça ağacı!
*
Günəş də buludda gizlənib hələ,
Ötüşdü gəncliyim tez döndü yelə,
Dönük yar üzündən atılıb selə,
Deyəcəm kələksən alça ağacı!
*
Sən mənə sadiqsən dönük deyilsən,
Əllərim yetməyir azca əyil sən,
Barın da sulanır,baltək yeyil sən,
Sanki,bir mələksən alça ağacı!
*
Axıtdim yaşımı dərdimi bildin,
Yaşıl yarpaginla gözümü sildin,
Sahibim söylədin,ürəyin bildin,
Arxasan-dirəksən alça ağacı!
*
Nar da cicəkləyib,tut da sulanıb,
Sənsizəm ey dönük,beynim bulanıb,
Solmaz,bəxtin sənlə tərsə dolanib
Əlim dəyən kimi sındı budağın,
Mənimtək kovrəksən alça ağacı!

26-05-2017
Solmaz Şirvanlı
www.kafiye.net