Bürünüb Öz Qanına

Bürünüb öz qanına
Bir el batdı o gecə.
Tüstüsü ərşə qaxdı
Bir el yandı o gecə.

Orda qopdu nalələr.
Ucaldı fəryad səsi.
Kəsildi neçə-neçə
İnsanların nəfəsi.

Baş ayrıldı bədəndən.
Soyuldu dəri ətdən
Doğulmamış körpələr
Qoparıldı bətndən.

Görməmək çün dəhşəti
Ay gizləndi buludda.
Boğuldu neçə insan
Boğuldu öz qanında.

Qan gölünə çevrildi.
Bir obanın torpağı.
O gecə susamışdı
İnsan qanına yağı.

Atıldı ayaq altda 
O gecə namusumuz.
Əsir oldu o gecə
Anamız həm bacımız.

 

Nahidə Tagıyeva Qurbanova
26.02.2018
www.kafiye.net