FİKRİM

Fikrim qalır yanında
Havalar soyuyanda

Əlim də çatmır sənə
Hər saatda,hər anda.
Özüm qalım qeydinə
Üşüyəndə,donanda.

Fikrim qalır yanında
Havalar soyuyanda.

Tez soyuq dəyir sənə,
Gəl bürüyüm sevgimə,
Sığın odlu qəlbimə,
Ömrüm-günüm,üşümə
Fikrim qalır yanında
Havalar soyuyanda

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net