Dəfn edək

Dəfn edək, ikimiz gəl bu sevgini.
Qəlbimiz sevginin məzarı olsun.
Yarımçıq arzular,bir sinə daşı.
Ümid sevgimizə baş daşı olsun.

Yusun bu sevgini gözlərin yaşı.
Kipriklər ruhuna fatihə yazsın.
llərin həsrəti öz əllərilə
Ona qəlbimizdə bir məzar qazsın.

Edək təm -taraqla sevgini dəfn 
Bizi qınamasın bunu bilənlər.
Bir tutaq yasını el adətincə.
Bizi qınamasın sayıb gələnlər.

Bağlayaq üz-üzə gələn yolları.
Beləcə qoparaq bütün bağları.
Kəsək aradakı haqqı salamı.
Birdə axtarmayaq ötən çağları.

Nahidə Tagıyeva Qurbanova
12.12.2017

www.kafiye.net